Türkiyə millisində ciddi itki - DÇ-də iştirak etməyəcək
24.05.2026 - 17:47
Dünya çempionatına hazırlaşan Türkiyə millisinin düşərgəsində zədə şoku yaşanıb.
Apasport.az xəbər verir ki, Kerem Aktürkoğlu sıradan çıxıb.
Bu barədə yerli mətbuat məlumat yayıb.
"Fənərbaxça"nın futbolçusu məşq zamanı dizindən zədə alıb.
İddialara görə, 27 yaşlı vinger mundialda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Türkiyə millisi 14 iyunda başlayacaq DÇ-2026-nın final mərhələsinin D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.
0
0