[b]“Keşlə”yə mükafat söz verilib: Görmədiniz meydanda necə can qoyurduq?[/b]
12.04.2018 - 21:19
[b]“Keşlə”yə mükafat söz verilib: Görmədiniz meydanda necə can qoyurduq?[/b]

“Keşlə”nin hücumçusu Pərdis-Fərcad Azad “Sumqayıt”la matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun sönük gedirdi sanki...

- Məncə, biz rəqibdən daha yaxşı oynadıq. “Sumqayıt” yaxşı komandadı, top saxlamağı bacarırlar. Ancaq bu gün ardıcıl 2-3 dəqiq ötürmə verə bilmirdilər. Çünki onlara qarşı pressinq tətbiq edirdik. Bu da bizim yaxşı oynadığımızdan xəbər verir.

 

- Sizcə, bu nəticə finala çıxmağa bəs edəcək?

- Əlbəttə. İlk növbədə, qol buraxmadıq. Çempionlar Liqasında da bunun şahidi olduq ki, futbolda hər şey ola bilər.

 

- Amma nəzərə alaq ki, o səviyyə ilə bizim oyunlar tam başqadı...

- Təbii ki, elədi. Biz də hələ rahatlaşmırıq. Cavab matçına yaxşı hazırlaşmalıyıq.

 

- Hesab etmirsən ki, qol məhz Sezar Meza Kollinin fərdi ustalığının nəticəsi idi. Əslində isə 0:0-lıq oyun idi...

- Mən inanırdım ki, o qapıya vursa, qol olacaq.

 

- Skarlatake cərimə zərbəsi vaxtı ona nə dedi?

- Skarla dedi ki, ötürmə elə. Amma Sezar yaxşı ki, ona qulaq asmadı. Bu qol da oyunun taleyini həll etdi.

 

- Demək olar ki, final şansınız daha çoxdu?

- Xeyr. “Sumqayıt” 2:0 hesabı ilə qələbə qazansa, biz çıxa bilmirik. Rəqib meydanında da qol vura bilsək, şanslarımız daha yüksək olacaq.

 

- Klub rəhbərliyi paltardəyişmə otağına gələrək sizi təbrik etdi?

- Xeyr. Amma yəqin ki, cavab matçından sonra finala çıxmaq münasibətilə edəcəklər.

 

- Mükafatla bağlı söz verilib?

- Bəli. Mükafat da söz verilib, yaxşı məbləğdi.

 

- Həmin pula görə meydanda can qoymağa dəyər?

- Əlbəttə. Görmədiniz meydanda necə can qoyurduq?