[b]“Qəbələ”nin futbolçusu “Zirə”də - FOTO[/b]
30.06.2017 - 18:54
[b]“Qəbələ”nin futbolçusu “Zirə”də - FOTO[/b]

Ölkəmizi Avropa Liqasında təmsil edən “Zirə” heyətinə daha bir futbolçu qatıb. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, gənc müdafiəçi Yusif Nəbiyev “qartallar”ın sıralarına qoşulub.

 

O, müqavilə ilə məxsus olduğu “Qəbələ”dən bir illik icarəyə götürülüb.

 

Qeyd edək ki, Yusif Nəbiyev ötən mövsüm icarə əsasında “Sumqayıt”ın formasını geyib.

0