Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Gecənin ən diqqətçəkən görüşündə ötənilki finalçılar “Yuventus” və “Real” üz-üzə gəlib. Turinlilərin heyətində cəzalı Medhi Benatia və Miralem Pyaniçin buraxdığı görüş qonaqların üstünlüyü şəraitində keçib. Kriştianu Ronaldonun dublu və Marselonun 1 qolu "kral klubu"na səfərdə böyükhesablı qələbə qazandırıb. Bununla "Real" cütün taleyini, demək olar ki, ilk matçda həll edib.
1/8 finalda “Beşiktaş”ı mübarizədən kənarlaşdıran “Bavariya” İspaniyada “Sevilya” ilə qarşılaşıb. İndiyədək avrokuboklarda üz-üzə gəlməyən komandaların ilk duelində Almaniya təmsilçisi favorit idi. Son 5 İspaniya səfərindən əliboş dönən “pivəçilər” bu dəfə tilsimi qırıblar. Meydan sahiblərinin hesabı açdığı qarşılaşmada rəqib qapısından 2 top keçirən "Bavariya" səfər qələbəsinə sevinib.
Çempionlar Liqası
1/4 final (ilk oyunlar)
3 aprel
“Yuventus” – “Real” - 0:3
Qol: Ronaldo, 3, 64; Marselo, 72
Qırmızı vərəqə: Paulo Dibala, 66
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Turin, “Yuventus” stadionu
“Yuventus” (İtaliya): 1. Canluici Buffon (k), 2. Mattia De Şilyo, 3. Corcio Kyellini, 6. Sami Xedira (7. Xuan Kuadrado, 75), 9. Qonzalo İquain, 10. Paulo Dibala, 11. Duqlas Kosta (14. Bleyz Matuidi, 69), 12. Aleks Sandro, 15. Andrea Barzalyi, 22. Kvadvo Asamoa (17. Mario Mandzukiç, 69), 30. Rodriqo Bentankur
Ehtiyat heyət: Voyçex Şesnı, 8. Klaudio Markizio, 24. Daniele Ruqani, 26. Stefan Lixtştayner
Baş məşqçi: Massimiliano Alleqri
“Real” (İspaniya): 1. Keylor Navas, 2. Dani Karvahal, 4. Serxio Ramos (k), 5. Rafael Varan, 7. Kriştianu Ronaldo, 8. Toni Kroos, 9. Kərim Benzema (17. Lukas Vaskes, 59), 10. Luka Modriç (23. Mateo Kovaçiç, 82), 12. Marselo, 14. Kasemiro, 22. İsko (20. Marko Asensio, 75)
Ehtiyat heyət: 13. Kiko Kasilya, 3. Xesus Valyexo, 11. Qaret Beyl, 15. Teo Ernandes
Baş məşqçi: Zinəddin Zidan
“Sevilya” - “Bavariya” - 1:2
Qollar: Sarabria, 32 - Xesus Navas, 37 (avtoqol); Tiaqo, 68
Baş hakim: Daniele Orsata (İtaliya)
Sevilya, “Ramon Sançes Pisxuan” stadionu
“Sevilya” (İspaniya): 13. David Soria, 4. Simon Kyaer, 5. Klemen Lenglet, 9. Vissam Ben Yedder (20. Luis Muriel, 80), 11. Xoakin Korrea (99. Sandro Ramires, 78), 14. Quido Pizarro, 15. Steven Nzonzi, 16. Xesus Navas, 17. Pablo Sarabia, 18. Serxio Eskudero (k), 22. Franko Vaskes
Ehtiyat heyət: 1. Serxio Riko, 12. Yohannes Geis, 21. Nikolas Parexa, 24. Nolito, 97. Gilyerme Arena
Baş məşqçi: Vinçentso Montella
“Bavariya” (Almaniya): 26. Sven Ulrix, 5. Mats Hummels, 6. Tiaqo Alkantara, 7. Frank Riberi (10. Aryen Robben, 79), 8. Xavi Martines, 9. Robert Levandovski, 14. Xuan Bernat (13. Rafinya, 46), 17. Jerom Boatenq, 23. Arturo Vidal (11. Hames Rodriges, 36), 25. Tomas Müller (k), 32. Joşua Kimmix
Ehtiyat heyət: 22. Tom Stark, 2. Sandro Vaqner, 4. Niklas Süle, 19. Sebastian Rudi
Baş məşqçi: Yupp Haynkes