[b]“Yuventus” – “Real”: Hansı favoritdi?[/b]
03.06.2017 - 15:28
[b]“Yuventus” – “Real”: Hansı favoritdi?[/b]

Xarici bukmeyker kontorları bu gün keçiriləcək Çempionlar Liqasının final oyunu üçün əmsalları açıqlayıb. Apasport.az saytının məlumatına görə, Kardiffdə, “Millennium” stadionunda baş tutacaq qarşılaşmada Madrid “Real”ı favorit göstərilir.

 

Belə ki, Çempionlar Liqasının final görüşünün əsas vaxtında ispanların qalib gəlməsinə 2,72 əmsal verilib. Onların qarşılaşacağı İtaliya “Yuventus”unun kuboka yiyələnəcəyi 2,90 əmsalla qiymətləndirilib.

 

Qalibin əsas vaxtda deyil, əlavə ediləcək dəqiqələrdə müəyyənləşəcəyi proqnozlaşdıranlara isə əmanətlərini 3,20 dəfə artırmaq şansı verilib.