“Qəbələ”dən hələlik hansısa təklif almamışam. Belə bir ehtimalın olub-olmadığını isə mən deyil, klub rəhbərliyi təyin edir”. Bunu apasport.az saytına “Sumqayıt”ın sabiq baş məşqçisi Samir Abasov deyib.
Gənc mütəxəssis Roman Qriqorçukun gedişindən sonra adının “Qəbələ” ilə hallanmasına münasibət bildirib. Onun sözlərinə görə, hələ ki, real bir şey yoxdu: “Nə təklif, nə də söhbət var. Mən də ancaq mətbuatdan oxuyuram. Azərbaycanda az komanda var ki, təklifinə çox fikirləşməyə ehtiyac yoxdu. "Qəbələ" də onlardan biridi. İnşallah, onlardan təklif gəlsə, dəyərləndirərik”.
Qeyd edək ki, Abasov “Sumqayıt”dan ayrıldıqdan sonra iddialı komandada işləmək arzusunu açıqlamışdı.