[b]“Topaz”: “Qarabağ” aşkar favoritdi[/b]
12.07.2016 - 17:08
“Topaz” Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək “Qarabağ” – “Düdelanj” oyununun əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru Azərbaycan və Lüksemburq çempionlarının matçında təmsilçimizi favorit sayır.
Belə ki, “Qarabağ”ın qələbəsi 1,15 əmsalı ilə dəyərləndirilib. Bu görüşdə heç-heçə 5,00-a bərabərdi. Qonaqların qələbəsinə qoyuluşlar isə 12,00 əmsalı ilə qəbul olunur.
Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Düdelanj” matçı saat 21:00-da başlayacaq.
0
0