[b]ÇL: Həftənin ən yaxşısına 4 namizəd[/b]
12.04.2018 - 13:22
[b]ÇL: Həftənin ən yaxşısına 4 namizəd[/b]

Çempionlar Liqasının 1/4 final mərhələsində cavab qarşılaşmalarının ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA bu ada 4 oyunçunu namizəd göstərib.

 

Bunlar “Yuventus”un hücumçusu Mario Mandzukiç, “Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben, “Roma”nın qolçusu Edin Dzeko və “Liverpul”un forvardı Sadio Manedi.

 

Azarkeşlər arasında aparılacaq səsvermədən sonra qalib elan olunacaq.