[b]AFFA prezidenti Avropa çempionunu mükafatlandırdı [/b]
11.07.2016 - 11:07
Portuqaliya yığmasının futbolçusu Renatu Sanşeş AÇ-2016-nın ən yaxşı gənc futbolçusu seçilib. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı oyunçu bu nominasiyada həmyerlisi Rafael Gerrero və fransalı Kinqsli Komanı qabaqlayıb.
SOCAR-ın dəstəyi ilə təsis edilən mükafatı Sanşeşə AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.
Qeyd edək ki, UEFA-nın yeni mükafatını 1994-cü il, 1 yanvar tarixindən sonra anadan olan hər bir futbolçu ala bilərdi.
0
0