[b]Arif Əsədov: Elnuru kimlər “qovubsa”, onlar da cavab versinlər[/b]
29.12.2014 - 11:06
[b]Arif Əsədov: Elnuru kimlər “qovubsa”, onlar da cavab versinlər[/b]

“Elnurun “Neftçi”dən qovulması xəbəri əsassızdı. Bunu kimlər yazıbsa, onlar da cavab versinlər. Komanda istirahətə buraxılıb. Belə bir şey olsaydı, məlumat klubun rəsmi saytında çıxardı”. Bu sözləri apasport.az saytına açıqlamasında Arif Əsədov deyib.

 

Elnur Allahverdiyevin komandadan qovulması xəbərini təkzib edən “Neftçi”nin baş məşqçisi transfer çalışmalarını davam etdirdiklərini qeyd edib. O, yanvarda legioner almayacaqlarını təsdiqləyib: “Yalnız yerli futbolçularla maraqlanırıq. Mətbuatda bir neçə nəfərin adı “Neftçi” ilə birgə hallanır. Hələ ki, heç birinin komandamıza keçidi dəqiqləşməyib”.

 

Qeyd edək ki, “Neftçi” Rauf Əliyev, Cavid İmamverdiyev və Rəhman Hacıyevlə danışıq aparır. 

0