[b]Derbi “Beşiktaş”a baha başa gəldi: Mövsümün sonuna kimi...[/b]
30.04.2018 - 19:41
[b]Derbi “Beşiktaş”a baha başa gəldi: Mövsümün sonuna kimi...[/b]

Türkiyə Superliqasının XXXI turunda “Qalatasaray”la qarşılaşan “Beşiktaş” meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Apasport.az saytının məlumatına görə, derbi İstanbul klubuna baha başa gəlib.

 

Belə ki, yenilgi ilə 4-cü pilləyə yuvarlanan və liderdən uzaq düşən “qara qartal” bundan əlavə 2 futbolçusunun da xidmətindən mövsümün sonuna kimi məhrum olub.

 

Qarşılaşmanın gedişində zədələnərək meydanı erkən tərk edən ispaniyalı Alvaro Neqredo və portuqaliyalı Pepe üçün mövsüm başa çatıb. Hər iki oyunçu qalan 3 turda komandaya kömək edə bilməyəcək.

 

Qeyd edək ki, daha əvvəl eyni səbəbdən Caner Erkin də mövsümü erkən qapamışdı.