[b]Əhmədov hara, “Diniyev+Əliyev” hara?![/b]
10.05.2018 - 13:00
[b]Əhmədov hara, “Diniyev+Əliyev” hara?![/b]

“Neftçi” Avropa Liqasına vəsiqə uğrunda mübarizə apardığı bir vaxtda klub rəhbərliyi öz adamlarını ətrafına toplamaqla məşğuldu. Belə ki, 4 ildi titul həsrətində olan paytaxt təmsilçisi uğur qazanmaq yollarını baş məşqçini dəyişməkdə görür.

 

Bunun üçün klub başbilənləri öncə “sükan”ı güclü əllərə verməyi planlaşdırır. Maliyyə durumu sanballı əcnəbi gətirməyə imkan verməyən “Neftçi” ölkə daxilində ən yaxşı məşqçini axtarır.

 

Maraqlıdı, “ağ-qaralar”ın son illər qazana bilmədiyi Topaz Premyer Liqasında ən yaxşı məşqçi kimdi? “Neftçi” kimi gətirməlidi?

 

Təbii ki, iddiası böyüdüyü kimi görünmək istəyən paytaxt klubunun tələblərinə I divizion və ya əvəzedicilərdən kimisə gətirmək, ya da cari mövsümdə iş praktikası olmayan biri uyğun deyil. Bu üzdən də cari mövsüm Premyer Liqada çalışmış 13 mütəxəssisin nəyə nail olduğunu nəzərdən keçirək.

 

Sözsüz, çempionatın ən yaxşısı Qurban Qurbanovdu. “Qarabağ”a ardıcıl 5-ci çempionluğu qazandıran mütəxəssisin komandası ilə uğur əmsalı 79 faizdən çoxdu. Yəni, onun yetirmələri mümkün olan xalların bu qədərini toplayıb.

 

İkinci pillədə “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov qərarlaşıb. Onun rəhbərliyi altında mümkün olan xalların 59 faizi əldə olunub. Bu üzdən də “ağ-qaralar”ın onunla yollarını ayırması qeyri-ciddi qəbul olunacaq.

 

Ümumiyyətlə, Qurbanovun “Neftçi”yə keçmək variantı müzakirə mövzusu ola bilməz. Hər halda, məşqçilik karyerasına “Neftçi”də başlayan və yetərincə şans qazanmayan mütəxəssisin 10 ildi rəhbərlik edib, tarixi uğurlara imza atdığı “Qarabağ”ı sabiq komandasına dəyişməsi mümkünsüz görünür.

 

Deməli, “ağ-qaralar”ın yeni rəhbərliyi çempionatın ikinci məşqçisini  - Tərlan Əhmədovu daha güclü mütəxəssislə deyil, nisbətən zəiflərlə əvəz etmək fikrindədi.

 

Konkret adı hallanan məşqçilər isə Samir Əliyevlə Şahin Diniyevdi. Bu iki çalışdırıcının hər birinin cari mövsümdəki göstəricisi Əhmədovdan 2 dəfədən çox aşağıdı. Hətta onların nəticələrinin faizlərini topladıqda da 2-ci yer üçün yetərli olmur. Bu isə o anlama gəlir ki, ən uğurlu seçim elə Əhmədovun özüdü.

 

Hər halda, Samir Əliyevin çalışdığı “Səbail” AFFA-dan maliyyələşir, klubun kimə məxsus olduğunu nəzərə alsaq, Samir bəyin bu komandanı atıb getməsi gələcəkdə karyerasına təsir edə bilər. Diniyevə gəlincə, “Kəpəz”dəki məlum olaylardan sonra onun “Neftçi” kimi kluba gətirilməsi...

 

 

Baş məşqçi (klubu)

O

Q

H

M

T/F

X

FAİZLƏ

Qurban Qurbanov (Qarabağ)

26

19

5

2

36-10

62

79,49%

Tərlan Əhmədov (Neftçi)

22

12

3

7

33-21

39

59,09%

Roman Qriqorçuk (Qəbələ)

26

13

7

6

41-25

45

57,69%

Samir Abasov (Sumqayıt)

26

11

7

8

33-29

40

51,28%

Ayxan Abbasov (Zirə)

26

10

8

8

32-28

38

48,72%

Yuri Maksimov (Inter)

12

4

5

3

16-15

17

47,22%

Samir Əliyev (Səbail)

26

6

5

15

18-35

23

29,49%

Zaur Svanadze (İnter)

10

2

2

6

7-14

8

26,67%

Şahin Diniyev (Kəpəz)

12

2

1

9

9-20

7

19,44%

Yunis Hüseynov (Kəpəz)

14

1

4

9

7-23

7

16,67%

Elşad Əhmədov (Neftçi)

2

0

1

1

0-1

1

16,67%

Ramiz Məmmədov (İnter)

4

0

0

4

2-10

0

0,00%

Elxan Abdullayev (Neftçi)

2

0

0

2

1-4

0

0,00%

 

0