[b]İnyesta sonuncu “El-Klasiko” formasını Ramosa hədiyyə etdi - FOTO[/b]
08.05.2018 - 16:52
[b]İnyesta sonuncu “El-Klasiko” formasını Ramosa hədiyyə etdi  - FOTO[/b]

“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta sonuncu “El-Klasiko”sunda geyindiyi formanı “Real”ın müdafiəçisi Serxio Ramosa hədiyyə edib. Apasport.az saytının məlumatına görə, Madrid klubunun kapitanı tvitter hesabında bu barədə paylaşım edib.

 

İnyesta formanın üzərində öz ürək sözlərini qeyd edib: “Dostum Serxioya - meydanda rəqib qismində keçirdiyimiz anların xatirəsinə... Hər şeyə görə təşəkkürlər və karyeranda uğurlar”.

 

Forma ilə fotosunu paylaşan Ramos isə tvitterdə yazıb: “Meydanda baş verənlər bir kənara, bu gecə İnyestanın “Klasiko”su kimi yaddaşlarda qalacaq. Sənin üçün darıxacağıq, dostum”.

 

Andres İnyestanın karyerasını Yaponiyada davam etdirəcəyi gözlənilir.