[b]Yuri Syomin: “Qəbələ”də də ondan razı idim, indi də[/b]
29.12.2014 - 12:18
[b]Yuri Syomin: “Qəbələ”də də ondan razı idim, indi də[/b]

“İzmaylovun hazırda “Krasnodar”da oynamasının səbəbkarı mən yox, klub rəhbərliyidi. Onlar Maratı “Qəbələ”nin heyətində izlədikdən sonra bəyəndilər. İzmaylovu çoxdan tanıyıram. Onunla həm Rusiyada, həm də Azərbaycanda bir yerdə çalışmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin deyib.

 

Rusiya mətbuatına danışan “Mordoviya”nın təcrübəli çalışdırıcısı başqa məqamlara da toxunub. O, “Qəbələ”də də bir yerdə işlədikləri Lorenzo Ebesilionun hazırkı durumundan da söhbət açıb: “Ebesilio yaxşı futbolçudu. “Qəbələ”də işləyəndə də ondan razı idim, indi də. Hazırda zədəsi var. Yanvarın 12-də düşərgəyə qayıdacaq. Həkimlər onu yenidən tibbi müayinədən keçirəcəklər. Ebesilio nadir rast olunacaq zədə alıb”.

 

Syomin söhbət əsnasında 2014-cü ilin ən yaxşısı hesab etdiyi futbolçunun adını açıqlayıb: “Nə Messi, nə də Ronaldo. Bu ilin ən yaxşısı Noyer olmalıdı. O, dünya çempionu və Almaniya millisinin qalasıdı”.