Qriqorçuk “Çernomorets”in futbolçusunu gətirə bilmədi - FOTO
29.12.2014 - 17:38
Qriqorçuk “Çernomorets”in futbolçusunu gətirə bilmədi - FOTO

Roman Qriqorçukun “Qəbələ”nin baş məşqçisi postuna təyin olunması “Çernomorets”in futbolçularının da şimal klubuna yolunu açıb. Apasport.az xəbər verir ki, Qriqorçukun sabiq klubunun düz 8 oyunçusunun adı “Qəbələ” ilə birgə hallanır.

 

Artıq onlardan birinin Azərbaycana gəlməyəcəyi dəqiqləşib. Bu, müdafiəçi Yevgeni Zubeykodu. Çünki 25 yaşlı futbolçu Rusiya klubu “Tosno” ilə anlaşıb. Onun aşağı liqa komandasına keçidi artıq rəsmiləşib.

 

Qeyd edək ki, Yevgeni Zubeyko 2008-ci ildən bəri “Çernomorets”in formasını geyinib.