Atletlərimiz dünya birinciliyində iştirak edəcək
17.09.2024 - 12:55
Azərbaycanın gənc ağırlıqqaldıranları sentyabrın 19-27-si aralığında İspaniyanın Leon şəhərində keçiriləcək dünya birinciliyində iştirak edəcəklər.
Bu barədə apasport.az-a Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Elşən Məmmədov (61 kq), Ravin Alməmmədov (81 kq) və Nurlan Məmmədzadə (89 kq) mükafatçılar sırasına düşməyə çalışacaqlar.
Qeyd edək ki, turnirə 60-a yaxın ölkədən 367 (168 qadın, 199 kişi) idmançı qatılacaq.
- Türkiyəli atlet: "İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm"
- İsa Rüstəmov İslamiadada üç medal qazandı - FOTO
- Nuray Əbilova: “Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır”
- Firdovsi Umudov: “Uğurlu nəticələrimizin davamı gələcək”
- 15 yaşlı ağırlıqqaldıranımız İslamiadada 3 bürünc qazanıb - FOTO - YENİLƏNİB
0
0