"Yarış barədə təəssüratlarım o qədər çoxdur ki, sözlə ifadə edə bilmərəm".
Bu sözləri "apasport"un Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ezam olunan əməkdaşına açıqlamasında İslamiadanın gümüş medalçısı Dadaş Dadaşbəyli deyib.
Azərbaycanlı atlet uğurunu bu sözlərlə ifadə edib:
"Yarışa bayraqdar kimi başlamışdım. Bu mənim üçün, idman karyeram üçün çox böyük uğurdur. Ardınca da iki medal qazandım. Mənimçün çox ağır və çətin oldu. Rəqiblərimin çoxu Olimpiya və Dünya çempionları idi. Nəticə olaraq, mən də zəif idmançı deyiləm. Heç də onlardan geri qalmırdım. Hazırlığım qısa olsa da, maksimum nəticə qazanmağa çalışdım. Mənimçün möhtəşəm yarış oldu. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu yalnız bizim yox, ölkəmizin, xalqımızın, millətimizin, üçrəngli bayrağımızın uğurudur. Hər kəsə təşəkkür edirəm. Çox sevincliyəm".
Qeyd edək ki, Dadaş iki hərəkətin cəmində 391 kq qaldırmaqla gümüş mükafata sahib olub. O, daha əvvəl birdən qaldırmada 180 kq çəkinin öhdəsindən gələrək gümüş medal qazanmışdı.
- İsa Rüstəmov İslamiadada üç medal qazandı - FOTO
- Nuray Əbilova: “Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır”
- Firdovsi Umudov: “Uğurlu nəticələrimizin davamı gələcək”
- 15 yaşlı ağırlıqqaldıranımız İslamiadada 3 bürünc qazanıb - FOTO - YENİLƏNİB
- Azərbaycan Atletika Federasiyasının rəhbərliyi “World Athletics”də