Millimiz çövkən üzrə dünya çempionatına uğurla başlayıb
10.06.2024 - 16:59
Millimiz çövkən üzrə dünya çempionatına uğurla başlayıb

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən çövkən üzrə dünya çempionatına start verilib.

Apasport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində reallaşan yarışın açılış oyununda Azərbaycan və Qazaxıstan komandaları üz-üzə gəliblər.

Matç Azərbaycan millisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər qarşılaşması isə Mərakeş və Küveyt kollektivləri arasında olacaq.

Qeyd edək ki, 10 ölkənin komandasının iştirak etdiyi dünya çempionatına iyunun 16-da yekun vurulacaq.

0