1/8 finalın ilk cütlüyü müəyyənləşdi
25.06.2024 - 02:00
1/8 finalın ilk cütlüyü müəyyənləşdi

B qrupunda mübarizənin başa çatmasından sonra Avro-2024-də 1/8 finalın bir cütlüyü məlum olub.

Apasport.az xəbər verir ki, B qrupunu ikinci pillədə başa vuran İtaliya millisi pley-offda A qrupunun ikincisi olan İsveçrə millisi ilə üz-üzə gələcək. Bu, 1/8 finalın ilk oyunu olacaq. 

İyunun 29-da keçiriləcək İsveçrə - İtaliya matçına Berlin ev sahibliyi edəcək. Görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.

0