Alban futbolçu cəzalandırıldı
23.06.2024 - 18:25
Alban futbolçu cəzalandırıldı

AVRO-2024-də Albaniya yığmasının futbolçusu Mirlind Daku 2 oyun diskvalifikasiya olunub.

Apasport.az xəbər verir ki, bunu səbəb onun irqçi fikirlər söyləməsidir.

Çempionatın 2-ci turunun Albaniya – Xorvatiya görüşündən sonra Daku serblərə və şimali makedonların ünvanına təhqiredici ifadələr işlədib. UEFA tərəfindən araşdırma aparılıb və 26 yaşlı futbolçu 2 oyun cəzalandırılıb. O, qrup mərhələsinin 3-cü turunda İspaniya ilə oyunu və komanda 1/8 finala yüksələrsə bu mərhələnin matçını kənardan izləyəcək.

0