Almaniya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb - FOTO
16.05.2024 - 16:18
Almaniya millisinin AVRO-2024 üçün heyəti açıqlanıb - FOTO

Futbol üzrə Almaniya millisi 14 iyun - 14 iyul tarixlərində keçiriləcək AVRO-2024 üçün tam heyətini açıqlayıb.

Apasport.az xəbər verir ki, Yulian Naqelsmanın siyahısında 4 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçu yer alıb. 

Qapıçılar: Oliver Bauman ("Hoffenhaym"), Manuel Noyer ("Bavariya"), Aleksandr Nübel ("Ştutqart"), Andre Ter Şteqen ("Barselona")

Müdafiəçilər: Valdamer Anton ("Ştutqart"), Benyamin Henriks ("Leyptsiq"), Yozua Kimmix ("Bavariya"), Robin Kox ("Ayntraxt"), Maksimilian Mittelştat ("Ştutqart"), David Raum ("Leyptsiq"), Antonio Rudiger ("Real", Madrid), Niko Şlotterbek, ("Borussiya", Dortmund), Conatan Ta ("Bayer 04")

Yarımmüdafiəçilər: Robert Andrix ("Bayer 04"), Kris Fyurix ("Ştutqart") Paskal Qros ("Brayton"), İlkay Gündoğan ("Barselona"), Toni Kroos ("Bavariya"), Camal Musiala ("Bavariya"), Aleksandr Pavloviç ("Bavariya"), Leroy Sane ("Bavariya"), Florian Virts ("Bayer 04")

Hücumçular: Maksimilian Bayer (Hoffenhaym), Niklas Fyulkruq ("Borussiya", Dortmund), Kay Haverts ("Arsenal"), Tomas Müller ("Bavariya"), Deniz Undav ("Ştutqart").

Qeyd edək ki, Almaniya millisi ev sahibliyi edəcəyi çempionatın A qrupunda Macarıstan, İsveçrə və Şotlandiya yığmaları ilə mübarizə aparacaq.

0