Avstriya, Fransa və Niderland pley-offda - YENİLƏNİB
25.06.2024 - 21:56
Avstriya, Fransa və Niderland pley-offda - YENİLƏNİB

Bu gün Avropa çempionatının D qrupunda mübarizəyə yekun vurulub. 

Apasport.az xəbər verir ki, paytaxt Berlində Niderland və Avstriya komandaları üz-üzə gəlib.

Matç Avstriya milli komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Niderland millisi 4 xalda da qalıb, Avstriya isə xallarının sayını 6-a yüksəldərək qrupu lider başa vurub.

Belə ki, paralel keçirilən görüşdə Fransa Polşanın müqavimətini qıra bilməyib: 1:1

Beləliklə, qrupu ilk 3 pillədə başa vuran Avstriya, Fransa və Niderland pley-offa vəsiqə qazanıblar. 

Niderland ən yaxşı qrup üçüncüsü kimi bu bileti əldə edib. 

25 iyun

AVRO-2024

D qrupu, III tur

20:00. Niderland - Avstriya 2:3

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Berlin Olimpiya Stadionu.

20:00. Fransa - Polşa 1:1

Baş hakim: Marko Quida (İtaliya).

Dortmund, "Siqnal İduna Park".

0