Ronaldo bu göstəriciyə görə AVRO-2024-də liderdir
27.06.2024 - 16:22
Ronaldo bu göstəriciyə görə  AVRO-2024-də liderdir

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2024-cü il Avropa çempionatında qapıya zərbələr üzrə liderdir.

Apasport.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

39 yaşlı ulduz qrup mərhələsinin 3 oyununda iştirak edib və rəqib qapısına 12 zərbə endirib. Buna baxmayaraq, Kriştiano turnirdə hələ də qol vura bilməyib.

Ulduz portuqal qrup mərhələsində yalnız 1 asistlə yadda qalıb. 

Qeyd edək ki, Portuqaliya 1/8 final mərhələsində Sloveniya ilə qarşılaşacaq. 
 

0