Rumıniya - Niderland matçının ən yaxşısı
02.07.2024 - 22:38
Rumıniya - Niderland matçının ən yaxşısı

Avro-2024-ün 1/8 finalında bu gün Rumıniya və Niderland yığmaları arasında keçirilən matçın ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderland millisinin hücumçusu Kodi Qakpo görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

O, 3:0 hesabı ilə qalib gəldikləri oyunda 1 qol vurub və 1 qolun ötürməsini edib.

0