Türkiyə millisinin 2 futbolçusu Niderlandla matçı buraxacaq
03.07.2024 - 11:57
Türkiyə millisinin 2 futbolçusu Niderlandla matçı buraxacaq

AVRO-2024-ün 1/8 final mərhələsində Türkiyə millisi Avstriyanı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəasiqə qazanıb. 

Apasport.az xəbər verir ki, bu qarşılaşmada Türkiyənin 2 futbolçusu cəzalı duruma düşüb. 

"Ay-ulduzlar"ın gənc istedadları Orkun Kökçü və İsmail Yüksek Niderland ilə matçda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Türkiyə-Niderland matçı iyulun 6-sı Bakı vaxtilə saat 23:00-da keçiriləcək. 

0