Maqomedxan Aratsilov: “Pekin Olimpiadasında məqsədimiz bir dəst medala sahib çıxmaqdır”
24.07.2008 - 14:18
Onun sözlərinə görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında üç medalı əldə etməyə Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq) və Xetaq Qazyumovun (96 kq) şansları daha çoxdur: “Biz hər üç pəhləvanımızdan qızıl medallar uğrunda mübarizə gözləyirik. Qalan dörd çəkidəki idmançılarımız da medallar uğrunda mübarizə aparacaqlar. Amma ümidlərimizi daha çox Çamsulvarayev, Temrezov və Qazyumova bağlamışıq”. Dağıstanlı mütəxəssis Pekin Olimpiadasında ümumi komanda hesabında minimum hədəflərinin ilk “altılıq”da yer almaqdan ibarət olduğunu vurğulayıb.
Qeyd edək ki, sərbəst güləşçilərimiz Olimpiadada bütün 7 mümkün çəki dərəcəsində çıxış edəcəklər. Pəhləvanlarımızdan Namiq Sevdimovla (55 kq) Zəlimxan Hüseynov (60 kq) avqustun 19-da döşək üzərinə çıxacaqlar. Ertəsi gün mübarizəyə Emin Əzizovla (66 kq) Çamsulvara Çamsulvarayev (74 kq) qoşulacaqlar. Avqustun 21-də isə Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) güləşəcək.

- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
0
0