Kramnik Bakıya fransız qadınla gəldi
05.05.2009 - 21:47
Dünyanın ən güclü şahmatçılarından biri Vladimir Kramnik bu gün Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, planetin vitse-çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, eləcə də mətbuat nümayəndələri qarşılayıblar.
34 yaşlı rusiyalının səfərində məqsəd mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident kuboku” turnirində iştirak etməkdir. Kramnik qarşılanma mərasimində brifinq keçirərək, jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycana xoş gəlmişsiniz! Qarşıdakı yarış haqqında fikirlərinizi bilmək maraqlı olardı.
- Çox sağ olun! Azərbaycanın yaxşı və təhlükəli komandası var. Evdə oynamaları onlara əlavə stimul verir. Bizə heç də asan olmayacaq. Düşünürəm ki, biz təcrübəliyik, güclüyük. Amma təzyiqə tab gətirib-gətirməyəcəyimizi deyə bilmərəm. Çünki rəqib doğma divar amilindən yararlanacaq. İstənilən halda, əsas nəticə deyil. Ən əsası odur ki, şahmat bayramı olacaq. Buraya həmin bayramı yaşamaq, şahmatsevərlərə xoş anlar bağışlamaq üçün gəlmişəm. Yenə deyirəm, nəticə əhəmiyyətli deyil.
- Siz Teymur Rəcəbovla neçə dəfə oynamısınız?
- Düzü, dəqiq sayını bilmirəm. Mən Şəhriyar Məmmədyarovla, Teymur Rəcəbovla heç də az oynamamışam. Digər azərbaycanlı şahmatçılarla isə qarşılaşmamışam. Bu yarışda onlarla ilk dəfə üz-üzə gələcəyəm.
- Azərbaycanlı şahmatçılarla görüşlərin statistikasında üstünlük kimin tərəfindədir?
- Hələlik mənim. Lakin zaman mənim əleyhimə işləyir.
- Bəs dünya və Azərbaycan yığmaları arasında oyundan hansı nəticəsini gözləyirsiniz?
- Təbii ki, biz favoritik. Həm adlara, həm soyadlara, həm də reytinqə görə. Ancaq indi adlar, soyadlar və reytinq heç nəyi həll etmir. Kim öz diqqətini turnirə daha yaxşı yönəldəcəksə, kim daha çox qələbə qazanmaq istəyəcəksə, məhz bunlar həlledici məqam olacaq. Yəqin ki, bu baxımdan üstünlük sizin komandanın tərəfindədir. Ümumi götürdükdə şansları bərabər qiymətləndirirəm.
Qeyd edək ki, Kramnik Bakıya heç də tək gəlməyib. Məşhur şahmatçını səfər zamanı həyat yoldaşı, fransız Mari-Lo müşayiət edir. Hava limanında brifinq başa çatdıqdan sonra Kramnik xanımı ilə birgə xüsusi avtomobillə “Hyatt Park” otelinə yollanıb.
Sabah isə dünya çempionu, hindistanlı Vişvanatan Anand paytaxtımıza təşrif buyuracaq. Onun ardınca Sergey Karyakin (Ukrayna) və Aleksey Şirov (İspaniya) da ölkəmizə gələcək. Mayın 7-dən 9-dək “ÜNS” yaradıcılıq səhnəsində keçiriləcək yarışda ölkəmizi Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov təmsil edəcək.

- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
- Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək
- Üç idmançımız dopinqə görə cəzalandırılıb
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
0
0