“Prezident kuboku” turniri start götürdü - VİDEO
07.05.2009 - 17:25
Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə “Prezident kuboku” turniri bu gün start götürüb. Apasport.az saytının məlumatına görə, “ÜNS” yaradıclıq səhnəsində təşkil olunan yarışda Azərbaycan və dünya yığmaları üzə-üzə gəlirlər.
Açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, gənclər və idman naziri Azad Rəhimov, FİDE prezidenti Kirsan İlyumjinov və digər qonaqlar iştirak ediblər. Tədbirdə Rüstəmov, İlyumjinov çıxış edərək, ölkəmizdə şahmatın inkişafından danışıblar, “Prezident kuboku”nda mübarizə aparan idmançılara uğurlar arzulayıblar.
Bədii hissədən sonra dünya çempionu Vişvanatan Ananda Rusiyanın nüfuzlu “64 – şahmat icmalı” jurnalı tərəfindən “Oskar” mükafatı təqdim olunub. Ardından turnirin püşkü atılıb. Püşkatmada yarışın baş hakimi Faiq Həsənov, dünya yığmasından Vişvanatan Anand, milli komandamızdan isə Teymur Rəcəbov iştirak edib. Nəticədə ağ fiqurlar bizim, qaralar isə rəqib komandanın bəxtinə çıxıb. Bu isə o deməkdir ki, birinci turda yığmamızın bir və üç nömrəli üzvləri ağ fiqurlarla oynayacaqlar.
İlk turda Teymur Vişvanatan Anandla (Hindistan), Vüqar Həşimov Vladimir Kramniklə (Rusiya), Şəhriyar Məmmədyarov Aleksey Şirovla (İspaniya), Qədir Hüseynov isə Sergey Karyakinlə (Ukrayna) mübarizə aparır. Artıq partiyalar start götürüb.

- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
- Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək
- Üç idmançımız dopinqə görə cəzalandırılıb
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
0
0