İsgəndər Əsgərov: Kadrdakı idmançılar bizim ola bilməz - VİDEO
12.04.2011 - 16:49
“Azərbaycan Ağır Atletika Federasiyası apelyasiya şikayəti verməyib. Bu hadisə ilə Bolqarıstanda ağırlıqqaldırma idmanına cavabdehlərin günahı ucbatından baş verdi”. Bunu apasport.az saytına açıqlamasında Ağır Atletika Federasiyası icraçı-direktoru İsgəndər Əsgərov deyib.
O, Rusiyada keçirilən Avropa çempionatında təmsilçimiz Valentin Xristovun nəticəsinin ləğv olunmasına münasibət bildirib: “Bolqarlar bizə rəsmi məktub verməli idilər. Lakin orada konkret 1 federasiya yoxdur. Ölkənin idman nazirliyi bu federasiyanı ləğv edib. Bunun üçün 3-4 federasiya fəaliyyət göstərir. Biz də Avropa çempionatında ərəfəsində onların razılığını ala bilmədik və belə halla rastlaşdıq. Amma Beynəlxalq Ağır Atletika Federasiyası bizə bildirib ki, Valentin Xristov üçün rəsmi icazə alınacağı halda, yenidən Azərbaycan yığmasında iştirakına problem qalmayacaq”.
Əsgərovun sözlərinə görə, qitə birinciliyində 8 atletinin iştirakı gözlənilsə də, onlardan 7-sinin yarışa qatılmayacağı tam dəqiqləşib: “Artıq biz Kazanda çıxışımızı başa vurduq. 7 idmançımız burada mübarizə aparmayacaq. Yarış ərəfəsində federasiya belə qərar qəbul etdi ki, çempionata yalnız Valentinlə qatılaq. Çünki bunun London-2012-yə lisenziya qazanmaq üçün də xeyri yoxdur. Bu idman növündə isə ildə 1 və ya 2 yarışda iştirak etmək kifayət edir. Digər atletlərimiz isə səfərə yollanmadılar”.
Lakin icraçı-direktorun sözlərinin əksinə olaraq, Bolqarıstan mətbuatı Azərbaycan idmançılarının Kazanda olduğunu bildirirlər. Onlar hətta komandaların məşq prosesindən reportaj hazırlayıblar ki, burada da qadınlardan ibarət yığmamızın üzvü açıq-aydın görünür. Buna baxmayaraq, Əsgərov onun Azərbaycan milli komandasının üzvü olmadığını deyir: “Biz yeni formalar hazırlatmışıq. Bunun üçün həmin forma bizim deyil. Bu yanlışdır. Çünki atletlərimiz ağ deyil, göy rəngli formadan istifadə edirlər. Kadrdakı idmançılar isə bizim ola bilməz”.
Qeyd edək ki, dünən millimizin üzvü Silviya Angelovanın adı start heyətində olsa da, o podiuma çıxmayıb.

- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
- Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək
- Üç idmançımız dopinqə görə cəzalandırılıb
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
0
0