AFFA II Liqa klublarını CƏRİMƏLƏYİB
06.05.2026 - 16:48
AFFA II Liqa klublarını CƏRİMƏLƏYİB

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, iclasda II Liqanın XXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

3 may 2026-cı il tarixində II Liqada XXV turun “Göygöl” – “Ağstafa Gəncləri” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

3 may 2026-cı il tarixində II Liqada XXV turun “Göygöl” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

4 may 2026-cı il tarixində II Liqada XXV turun “Ağdaş” – “Araz Saatlı” oyununda “Ağdaş” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

4 may 2026-cı il tarixində II Liqada XXV turun “Ağdaş” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

4 may 2026-cı il tarixində II Liqada XXV turun “Ağdaş” – “Araz Saatlı” oyunu “Araz Saatlı” komandasının qapıçısının formasında qüsur olması səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 150 manat cərimə edilsin (maddə 83.5);

5 may 2026-cı il tarixində II Liqada XXV turun “Quba” – “Xankəndi” oyununun 71-ci dəqiqəsində “Quba” komandasının 8 nömrəli futbolçusu Kamal Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Quba” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

5 may 2026-cı il tarixində II Liqada XXV turun “Şirvan” – “Şəmkir” oyunu bitdikdən sonra “Şirvan” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Şirvan” komandası 200 manat cərimə edilsin (maddə 86.3);