AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.
Misli Premyer Liqası XXXI tur
9 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXI turun “Qəbələ” – “Qarabağ” oyununun 86-cı dəqiqəsində “Qəbələ” komandasının 11 nömrəli futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);
9 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXI turun “Qəbələ” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qəbələ” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
9 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXI turun “Qəbələ” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar əşya atıldığına görə “Qəbələ” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);
10 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXI turun “Neftçi” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
Azərbaycan Kuboku final
13 may 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda final qarşılaşması olan “Sabah” – “Zirə” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
II Liqa XXVI tur
10 may 2026-cı il tarixində II Liqada XXVI turun “Araz Saatlı” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
10 may 2026-cı il tarixində II Liqada XXVI turun “Araz Saatlı” – “Ağstafa Gəncləri” oyununun 54-cü dəqiqəsində “Ağstafa Gəncləri” komandasının 13 nömrəli futbolçusu Ramin Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Ağstafa Gəncləri” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
10 may 2026-cı il tarixində II Liqada XXVI turun “Araz Saatlı” – “Ağstafa Gəncləri” oyununun 90-cı dəqiqəsində “Ağstafa Gəncləri” komandasının 8 nömrəli futbolçusu Elgün Namazov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Ağstafa Gəncləri” komandası 800 manat cərimə edilsin (maddə 52.3);
10 may 2026-cı il tarixində II Liqada XXVI turun “Araz Saatlı” – “Ağstafa Gəncləri” oyunu bitdikdən sonra “Ağstafa Gəncləri” komandasının 6 nömrəli futbolçusu Turan Məmmədov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Ağstafa Gəncləri” komandası 800 manat cərimə edilsin (maddə 52.3);
10 may 2026-cı il tarixində II Liqada XXVI turun “Sheki City” – “Göygöl” oyunu təhlükəsizlik nümayəndəsinin gec gəlməsi səbəbindən gec başladığı üçün “Sheki City” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
10 may 2026-cı il tarixində II Liqada XXVI turun “Ağdaş” – “Kür-Araz” oyununda “Ağdaş” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
10 may 2026-cı il tarixində II Liqada XXVI turun “Ağdaş” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
11 may 2026-cı il tarixində II Liqada XXVI turun “Qaradağ Lökbatan” – “Quba” oyununda “Qaradağ Lökbatan” komandası oyun günü planına riayət etmədiyinə görə “Qaradağ Lökbatan” komandası 200 manat cərimə edilsin (maddə 61.1);
12 may 2026-cı il tarixində II Liqada XXVI turun “Dinamo” – “Şəmkir” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
Əvəzedicilər liqası XXV tur
7 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXV turun “Neftçi-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
8 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXV turun “Turan Tovuz-2” – “Qarabağ-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
9 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXV turun “Kəpəz-2” – “Şamaxı-2” oyununun 90+3-cü dəqiqəsində “Şamaxı-2” komandasının 59 nömrəli futbolçusu Həsən Vəliyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Şamaxı-2” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
9 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXV turun “Kəpəz-2” – “Şamaxı-2” oyunu bitdikdən sonra “Şamaxı-2” komandasının məşqçisi Yaşar Abuzərov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Şamaxı-2” komandası 500 manat cərimə edilsin (maddə 51.1);
10 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXV turun “Qəbələ-2” – “Sabah-2” oyununun 90+3-cü dəqiqəsində “Sabah-2” komandasının 93 nömrəli futbolçusu Səbuhi Qurbanov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sabah-2” komandası 250 manat cərimə edilsin (maddə 51.2).