Ağsu şəhər stadionunun süni ot örtüyü FIFA-nın sertifikatına layiq görülüb
01.09.2026 - 16:19
Ağsu şəhər stadionunun süni ot örtüyü FIFA-nın sertifikatına layiq görülüb

Ağsu şəhər stadionunun süni ot örtüyü FIFA tərəfindən yenidən "Quality Pro" sertifikatına layiq görülüb.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

FIFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.