Anatoli Nuriyev də getdi: ”Zirə”də növbəti vida
09.06.2026 - 22:21
Anatoli Nuriyev də getdi: ”Zirə”də növbəti vida

"Zirə" futbolçusu Anatoli Nuriyevlə yolları ayırıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Nuriyevlə müddəti başa çatan müqaviləni yeniləməyib.

Qeyd edək ki, "Zirə" Misli Premyer Liqasının 2025/2026 mövsümünü 5-ci pillədə başa vurub