“Araz-Naxçıvan” “İmişli”yə məğlub olub
27.09.2026 - 18:34
“İmişli” yoldaşlıq oyunu çərçivəsində “Araz-Naxçıvan”la qarşılaşıb.
Apasport.az xəbər verir ki, Naxçıvan təmsilçisi rəqibinə 1:3 hesabı ilə uduzub.
Qalib komandanın qollarını Azər Salahlı, Xəlil Mürsəlli və Françisko Morais vurublar.
“İmişli” növbəti yoxlama oyununu oktyabrın 3-də keçirəcək. Komanda Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Şəfa” ilə qarşılaşacaq.
0
0