“Araz-Naxçıvan”da yeni müqavilə
17.06.2026 - 10:17
"Araz-Naxçıvan" Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
İsgəndərov yeni mövsümdə də "qırmızı-ağlar"ın formasını geyinəcək. 2024/2025 mövsümündən "Araz-Naxçıvan"ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti 1 illikdir.
Qeyd edək ki, klub buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqaviləni yeniləyib.
0
0