"Ayın qolu"nun qalibi mükafatlandırıldı
14.04.2026 - 17:04
"Ayın qolu"nun qalibi mükafatlandırıldı

Azərbaycan II Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Qaradağ Lökbatan" futbol klubunun üzvü Emil Quluzadə mükafatlandırılıb. 

Apasport.az xəbər verir ki, mart ayının ən yaxşı qolunun müəllifi XXII turun "Qaradağ Lökbatan" - "Quba" qarşılaşmasından əvvəl təltif olunub.

Ona mükafatı Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.