Ayron Qomis “Zirə”ni tərk etdi - RƏSMİ
20.06.2026 - 16:02
Ayron Qomis “Zirə”ni tərk etdi - RƏSMİ

"Zirə" Ayron Qomislə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fransalı yarımmüdafiəçi klub arasında bağlanmış müqavilə başa çatıb.

Klub 26 yaşlı futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Ayron Qomis 2024-cü ilin sentyabrından "Zirə"də çıxış edirdi. O, ötən mövsüm "qartallar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.