AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "Xıdırlı" komandasına texniki məğlubiyyət verib.
Apasport.az xəbər verir ki, buna "Viləş"lə oyunun yarımçıq dayandırılması səbəb olub.
Sözügedən matçda azarkeşlər meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstəriblər. Nəticədə təhlükəsizlik tam təmin olunmadığına görə görüş yarımçıq dayandırıldığı üçün "Xıdırlı" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni turnirdəki "İstiqlal" kollektivi də bu halla üzləşib. Komanda "Sabirabad"la dueldə meydanda olmadığından 0:3 hesablı məğlubiyyət alıb.
Region Liqasında "Hacıqabul" isə "Ucar"la matçda həkim təyin olunmadığı üçün eyni cəza ilə üzləşib.
Bundan əlavə, U-15 Liqasında "Xudat" "Kəpəz"lə oyunda, "Qəbələ" isə "Alfa" ilə qarşılaşmada meydana çıxmadığına görə texniki məğlubiyyət alıb.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım