Azərbaycan gimnastikasının tanınmış nümayəndələrindən biri, SSRİ idman ustası, Əməkdar artist, Azərbaycan idmanına öz töhfəsini vermiş Züleyxa Hacıyeva 103 yaşında vəfat edib.
Apasport.az xəbər verir ki, Züleyxa Hacıyeva Azərbaycan idmanı və mədəniyyətində özünəməxsus iz qoymuş görkəmli şəxsiyyətlərdən biri olub.
O, 1941-1948-ci illərdə gimnastika üzrə yeddi dəfə Azərbaycan çempionu olub və ölkəmizdə qadın gimnastikasının ilk inkişaf mərhələsində mühüm rol oynayıb.
Züleyxa Hacıyeva uzun illər özünəməxsus səsi ilə “Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və digər verilişlərin aparıcısı kimi Azərbaycan radio məkanının da tanınmış simalarından biri olub.