Azərbaycan klubu doğma şəhərinə qayıdır - EKSKLÜZİV
01.11.2024 - 15:59
Azərbaycan klubu doğma şəhərinə qayıdır - EKSKLÜZİV

Futbol üzrə ölkə çempionatının I Liqasında mübarizə aparan “İmişli” ilə bağlı yenilik var.

Apasport.az-ın əldə etdiyi məlumata görə, klub artıq doğma şəhərinə dönüb.

Yayda təmirə bağlanan Heydər Əliyev adına İmişli şəhər stadionunda aparılan işlər yekunlaşıb. Komanda növbəti matçını artıq doğma arenada keçirəcək.

Bu barədə aranlıların baş məşqçisi Fərid Namazov saytımıza açıqlamasında bildirib:

“Stadion noyabr ayının ortalarında bizə təhvil veriləcək. Artıq demək olar ki, tam hazırdır. Yalnız qazonun biçilməsi qalıb. Noyabr ayının 27-si “Qaradağ Lökbatan”a qarşı doğma meydanımızda oynayacağıq. Rəhbərliklə əlaqədəyik, çalışırıq ki, ona qədər bir yoldaşlıq qarşılaşması keçirək. Hazırda tək problemimiz odur ki, məşq üçün təbii ot örtüklü meydançamız yoxdur. Bunun da zamanla həll ediləcəyinə inanırıq”.

İsmayıl Xeyrullayev

0