Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
17.09.2026 - 14:19
Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək

Azərbaycan futbol tarixində ilk dəfə ölkə Kubokunun final oyunu Gəncə şəhərində keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov sosial şəbəkə hesabında məlumat verib.

“Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan gənclər və idman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək”, - deyə Səmədov qeyd edib.

Qeyd edək ki, Azərbaycan Kubokunun final qarşılaşmasının 12 may 2027-ci ildə keçirilməsi nəzərdə tutulub.