Azərbaycan millisi növbəti matçına çıxır
14.10.2026 - 12:44
Azərbaycan millisi növbəti matçına çıxır

23 yaşadək minifutbolçulardan ibarət Azərbaycan millisi Xorvatiyada keçirilən dünya çempionatında növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, komanda Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşıb.

Görüş Mali Loşin şəhərində baş tutub. Oyun Bakı vaxtı ilə saat 11:00-da start götürüb.

Qarşılaşma yığmamızın qələbəsi ilə nəticələnib. Milli komanda 4:2 hesablı qalibiyyətə sevinib.

Qeyd edək ki, Azərbaycan millisi Rumıniya ilə 3:3 hesablı heç-heçə edib, Çexiyaya isə 4:2 hesabı ilə qalib gəlib.