Misli Premyer Liqasının I turu Ruan Renato üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, braziliyalı müdafiəçi “Zirə”nin heyətində 100-cü çempionat matçına çıxıb. 2023-cü ildən Bakı klubunda çıxış edən cənubi amerikalı bu matçlarda 13 qola imza atıb.
Ruan Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb. Bu göstəricidə rekordçu “Neftçi”də 133 oyun keçirən Flavinyoya məxsusdur. Denis Silva isə iki fərqli klubda “100”ü keçib.
1. Flavinyo (“Neftçi”) - 133
2. Dodo (“Qəbələ”) – 131
3. Denis Silva (“Neftçi”) – 116
4. Denis Silva (“Şamaxı”) – 113
5. Ruan Renato (“Zirə”) – 100
Qeyd edək ki, Braziliya əsilli Riçard Almeyda “Qarabağ”da daha çox oyun keçirsə də, karyerasının gedişində Azərbaycan millisinin sabiq futbolçusu olub və legioner statusu daşımayıb.
- “Neftçi” – “Sabah” matçının hakimi bəlli oldu – VII TURUN TƏYİNATLARI
- Kamerunlu vinger "Səbail"də - RƏSMİ
- AFFA rəsmisi: "İnfantino belə sürət görmədiyini dedi”
- U-15 Dünya Çempionatı: Jurnalistlər Hövsan Yarış Kompleksi ilə tanış oldular - FOTOSESSİYA
- Dünya çempionatına 14 gün qalmış – Hövsanda son hazırlıqlar - VİDEO