Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlanıb
09.10.2026 - 16:21
Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb.

Bu barədə Lent.az-ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir.

Onlardan 3-ü FIFA dərəcəli hakimdir.

Bildirilib ki, 2026–2027-ci illər mövsümü üçün qadın futbol hakimlərinin beynəlxalq oyunlara ümumilikdə 31 təyinatı olub.

Qeyd edək ki, qadın hakimlər həm yerli, həm də beynəlxalq futbol yarışlarında ədalət təmsilçisi kimi fəaliyyət göstərirlər.

Naibə Məmmədova