Babək Quliyevə UEFA-dan növbəti təyinat
22.07.2026 - 19:14
Babək Quliyevə UEFA-dan növbəti təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-da keçiriləcək "Ludoqorets" (Bolqarıstan) - "Hapoel" (Təl-Əviv, İsrail) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Razqrad şəhərindəki "Ludoqorets Arena"da baş tutacaq.