Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu bazar günü keçiriləcək “Bakı Marafonu 2026”da 25 min iştirakçı qeydiyyatdan keçib.
Apasport.az xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Boyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışa qoşulacaq.
Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edəcək.
Qeyd edək ki, aprelin 26-da London marafonunda yeni dünya rekordu müəyyənləşib. Keniyalı atlet Sebastian Save (Sabastian Sawe) London Marafonunun qalibi olaraq dünya rekordunu yeniləyib. O, 42.195 km məsafəni iki saatdan az müddətdə - 1 saat 59 dəqiqə və 30 saniyəyə qət edib. Qadınlar arasında isə efiopiyalı Tigst Assefa 2 saat 15 dəqiqə 41 saniyə göstərici ilə qalib olub.
Mayın 3-də isə start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş Sea Breeze ərazisi olmaqla ilk dəfə 42 km məsafədə keçiriləcək Bakı Marafonunun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaq.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib