"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışında 5 mərhələnin nəticələrinə əsasən fərdi və komanda hesabında qaliblər müəyyənləşib.
Apasport.az saytının yarışa ezam olunan əməkdaşı xəbər verir ki, yekunda "Burqos" komandasının üzvü Coş Barnett yarışın qalibi olub.
O, həmçinin bu gün keçirilən sonuncu - V mərhələni də qələbə ilə başa vurub.
Yeni zelandiyalı idmançının təmsil etdiyi "Burqos" komandası isə komanda hesabında birinci yeri tutub.
Xatırladaq ki, ilk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa, dördüncü mərhələdə isə İtaliyanın "Bardiani CSF 7 Saber" komandasından Marko Manenti bütün rəqiblərini qabaqlayıb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb. Turnirin mükafat fondu 50 000 avrodan çox olub.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb