"Barselona" Madriddən 3 xalla qayıdıb
05.04.2026 - 01:02
İspaniya La Liqasında XXX tura start verilib.
Apasport.az xəbər verir ki, günün son matçında "Atletiko Madrid" doğma meydanda lider "Barselona"nı qəbul edib.
Matçda hesabı meydan sahibləri açsa da, kataloniyalılar sonda 3 xala sevinən tərəf olub.
Ciovanni Simeonenin qoluna Reşford və Levandovski ilə cavab verən "Barsa" xallarının sayını 76-ya çatdırıb və çempionluq yolunda mövqeyini bir qədər də yaxşılaşdırıb.
"Atletiko" isə 57 xalla 4-cü pillədə qalıb.
0
0