Cavid Hüseynov "Araz-Naxçıvan"da - RƏSMİ
16.06.2026 - 15:25
Cavid Hüseynov "Araz-Naxçıvan"da - RƏSMİ

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Naxçıvan təmsilçisi bu posta Cavid Hüseynovu təyin edib.

38 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Cavid Hüseynov futbolçu karyerası ərzində “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə”, Türkiyənin “Adana Demirspor” klublarında çıxış edib. O, Azərbaycanın U-19, U-21 və əsas millisinin də formasını geyinib.

Məşqçilik karyerasına “Şamaxı”da başlayan Hüseynov daha sonra “Cəbrayıl”, “Turan Tovuz” klublarında çalışıb. O, bir müddət “Səbail”in də baş məşqçisi olub.