Ceyhun Sultanov: "Legioner limiti ləğv olunmalıdır"
03.01.2025 - 17:17
Ceyhun Sultanov: "Legioner limiti ləğv olunmalıdır"

Azərbaycanlı futbol mütəxəssisi Ceyhun Sultanov apasport.az saytına açıqlama verib.

O , yeni sezondan legioner limitinin mümkün ləğvi ilə bağlı məsələyə münasibət bildirib:

"İnsanlar var ki, legioner limitinin götürülməməsinin tərəfdarıdır. Onlar düşünür ki, limit götürülməsin, futbolçular oynamayacaq. Mən o insanlara sual vermək istəyirəm ki, nəyə görə oynamayacaqlar? Əgər futbolçunun potensialı varsa, oynayacaq. İstəyir lap 50 legioner olsun. Limit ləğv olunmalıdır. Amma kriteriyalar olmalıdır. Hər küçədən keçən legioneri gətirməyin də tərəfdarı deyiləm. Amma legioner limiti ləğv olunmalıdır. Sadəcə kriteriyalar qoyulmalıdır ki, hansı futbolçular Azərbaycanda oynaya bilər. Kim bu kriteriyalarla ayaqlaşa bilməyəcəksə.... "Kəpəz", "Şamaxı" kimi komandalar... Ayaqlaşa bilməsələr, məcburən yerli oyunçular oynayacaq. Belə olan halda, yerli futbolçulara da yol açılacaq. Üstəgəl, həmin yerlilər burada komanda tapmasa, məcbur ölkə xaricində özünə komanda tapacaq. İndi klub sferasında "Qarabağ"la ayaqlaşan komanda yoxdursa, onda 4 klub artıracaq, keyfiyyət yüksələcək. Klub sferasında da, yerli futbolun inkişafında da keyfiyyət xeyri olacaq. Futbolu anlamayan insanlar var ki, oxuyuram, deyirlər ki, Ceyhun Sultanov bildirir ki, legioner limitinin ləğvi özləri üçün xeyirdir. Mənim buradakı futbolçularla bağlı heç bir ehtiyacım yoxdur. Mən təkcə bura ilə işləmirəm. Həmin insanlara bildirim ki, mən fikrimi əsaslandırıb deyirəm. Amma o insanlar məsələyə azarkeş kimi yanaşır. Elə mütəxəssislərimiz var ki, özlərini azarkeş kimi aparırlar. Məncə, oturub dərindən fikirləşsələr, görərlər ki, legioner limitinin ləğv edilməsi, futbolumuzun inkişafı üçün nə qədər önəmlidir".

6